Bu gün I Liqada XVIII tura start veriləcək.
Üç gün davam edəcək turun oyunları ilə II dövrəyə yekun vurulacaq. “Qəbələ” milli komandaların görüşləri ilə əlaqədar fasilə ərəfəsində son matçına çıxacaq.
“Qırmızı-qaralar” turun ikinci günündə “Zaqatala” ilə üz-üzə gələcək. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda II dövrəni səfərdə başa vuracaq. Cari mövsümdə rəqib meydanlarında xal itirməyən “Qəbələ” ardıcıl 9-cu səfər qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, 17 oyunda 45 xal toplayan “qırmızı-qaralar” I Liqanın lideridir.
I Liqa
XVIII tur
13 mart (cümə axşamı)
15:00. “Zaqatala” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Rasim Axundov, Asif Abdullayev, Səbuhi Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu