Dünya çempionatında bürünc medal
Xəbərlər / 6 İyun 2021 | 20:37207
Dünya çempionatında bürünc medal

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Kəramət Hüseynov növbəti uğuruna imza atıb. Təmsilçimiz dünya çempionatında bürünc medal qazanıb. O, bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürən yarışda fərqlənib.

60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət yarışa I mərhələdən başlayıb. O, Mohammad Raşnonezad (İJF), ardınca moldovalı Nikolae Foçanı məğlub edib. Hüseynov 1/8 finalda yaponiyalı Ryuju Naqayama üzərində qələbə qazanıb. 1/4 finalda fransalı Valid Xyara uduzan təmsilçimiz təsəlliverici görüşdə Unibold Lxaqvayamtsı (Monqolustan) üstələyib. Bürünc medal uğurunda qarşılaşmada qazaxıstanlı Maqjan Şamsəddinə qalib gələn cüdoçumuz dünya çempionatında 3-cü yeri tutub.

Xatırladaq ki, Kəramət bu ilin aprelində  Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan Avropa çempionatında da bürünc medal qazanıb.