Dünya çempionatında bürünc medal
Xəbərlər / 17 Noyabr 2022 | 09:451287
Dünya çempionatında bürünc medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti mükafatını qazanıb. İdmançımız Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında fərqlənib.

68 kq çəki dərəcəsində çıxış edən Ağayev Tailand təmsilçisi Çayçon Ço, Polşa idmançısı Mateus Şesnovski, Özbəkistandan olan Uluqbek Raşitov, 1/4 finalda isə iordaniyalı Zaid Mustafa üzərində qələbə qazanıb. Yarımfinalda cənubi koreyalı Kvon Doyun ilə üz-üzə gələn Cavad uduzaraq dünya çempionatının bürünc medalına yiyələnib.