Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun cüdoçusu Mehdi Abbasov növbəti uğuruna imza atıb. İdmançımız Perunun paytaxtı Limada keçirilən yeniyetmələrin dünya çempionatında fərqlənib. O, mundialın bürünc mükafatını qazanıb.
81 kq çəkidə çıxış edən cüdoçumuz ilk görüşündə italiyalı Leonardo Kopat, ardınca almaniyalı Konstantin Disteli mübarizədən kənarlaşdırıb. 1/8 finalda İlya Simonova (AİN) uduzan idmançımız təsəlliverici döyüşdə litvalı Tajus Babayçenkoya, bürünc görüşündə Kenzo Kremersə (Belçika) qalib gələrək, fəxri kürsünün 3-cü pilləsində yer alıb.