Dünya çempionatında bürünc medal
Xəbərlər / 28 İyul 2025 | 19:3510777
Dünya çempionatında bürünc medal

 “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Cəfərsadiq Mirzəyev növbəti uğuruna imza atıb.

 

İdmançımız Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən 18 yaşadək IMMAF Dünya çempionatında fərqlənib. O, yarışda 16-17 yaşlılar arasında 61 kq çəkidə mübarizə aparıb. Mirzəyev dünya çempionatında bürünc mükafat qazanıb.

 

Qeyd edək ki, çempionatda 60 ölkədən 1050 idmançı iştirak edib.