Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Yarışın son günündə 1 növdə mükafatçılar müəyyənləşib. Mərhələnin 15-ci – sonuncu medal dəsti kişilərin trap yarışlarında bəlli olub. Gün Avropa təmsilçiləri üçün uğurlu alınıb. Rusiyalı Aleksey Alipov rəqiblərindən güclü olub. Digər medallar Xorvatiya və İtaliya təmsilçilərinə nəsib olub.
Trap, kişilər
1. Aleksey Alipov (Rusiya)
2. Covanni Çernoqoraz (Xorvatiya)
3. Erminio Fraska (İtaliya)