«Düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdıq»
Xəbərlər / 6 Mart 2022 | 21:41136
«Düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdıq»

Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Qəbələ” oyunundan (5:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Bilirdik ki, çətin oyun gözləyir. “Qarabağ”ın reklama ehtiyacı yoxdur. Çempionatın vahid lideridir. Matçdan öncə də komandanı ağır oyuna hazırlamışdıq. İnanırdıq ki, komanda “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə biləcək. İlk hissədə düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdıq. Əlbəttə, bir daha vurğulayım ki, “Qarabağ” imkan verdiyi qədər. İkinci hissədə rəqib tempi artırandan sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan istifadə etdi. Ümumi qırılma nöqtəsinin olduğunu deməzdim. Omarın meydandan çıxması müəyyən təsir etdi. Qarşılaşmadan əvvəl onun üzərində dayanmışdıq. Qırılma nöqtəsi “Qarabağ”ın bizə göstərdiyi təzyiqdən irəli gəldi. Onlar imkan verdiyi qədər oynadıq. Tək qapıçının üstünə düşmək istəməzdim. Kimsə səhv etməlidir ki, qapında qol olsun. Nicat inandığım qapıçıdır və qarşıdakı görüşlərdə də üzərində dayanacağıq”.