Premyer Liqanın XXI turu çərçivəsində baş tutan “Simurq” – “Qəbələ” (2:0) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Bu gün oyunda məğlub olduq. Komanda ardıcıl ikinci dəfədir uduzur. Hesab edirəm ki, bu oyunun ikinci hissəsində komanda daha yaxşı çıxış etdi, nəinki, bundan əvvəlki oyunda. Ciddi nəticəyə nail olmaq üçün yolda hər cür çətinliklər, maneələr olduğunu başa düşürəm. Biz də bunu düzgün qiymətləndirib, düzgün qarşılayıb, düzgün nəticələr çıxarmalıyıq. Biz özümüzə çox inanırıq. Növbəti matça başıuca hazırlaşacağıq. Qarşıdakı qələbələrə köklənmişik. Hər qarşılaşmadan əvvəl oyunçuların durumunu dəyərləndirib, ən hazırlıqlıları heyətə daxil edirik. Ayrı-ayrı futbolçuların oyunu haqda danışmaq istəmirəm”.