«Ədalətli nəticə heç-heçə idi»
Xəbərlər / 29 Noyabr 2022 | 19:291640
«Ədalətli nəticə heç-heçə idi»

Misli Premyer Liqasının XV turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Sumqayıt” aşağı pillələrdə qərarlaşsa da, bilirdik ki, bizi ağır səfər oyunu gözləyir. Komanda şəklində matça yaxşı hazırlaşmışdıq. Futbolçular qarşılaşmaya yaxşı köklənmişdilər. Düşünürəm ki, bu gün bir xal qazandıq. Bu oyunu uda da bilərdik, uduzmaq ehtimalımız da az deyildi. Düşünürəm ki, ədalətli nəticə heç-heçə idi. Hər matç çətindir. Hər rəqibə qarşı maksimum hazırlaşmaq lazımdır. Heyətimizdə itkilər var idi. Rotasiyalara getməyə məcburuq. Hər futbolçuya inamımız böyükdür. Kim daha hazırdırsa, onların üzərində dayanırıq”.