“Qəbələ” 1-2 “Neftçi”
(Ehtiram Şahverdiyev, 85 // Cavid Muxtarzadə, 35 (p.); Mirabdulla Abbasov, 78)
Bu gün əvəzedicilərin çempionatında XXII turun oyunları keçirilib. Liderlər qrupunda qərarlaşan “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edib. Mövsümün ilk yarısında paytaxt təmsilçisindən 4 xal alan (1:0, 2:2) Luis Araqonun yetirmələri çempionatın 10-cu ev oyununa qələbə iddiasında çıxıb. Ötən tur səfərdə “Simurq”a məğlub olan (1:3) “qırmızı-qaralar” doğma divarlar arasında qələbə qazanmaqla ilk “üçlük”dəki mövqeyini möhkəmlətməli idi. Komandamız ilk dəqiqələrdən hücuma keçsə də, futbolçularımızın səyləri bəhrəsini verməyib. Əvəzində fasiləyə 10 dəqiqə qalmış qonaqlar penalti zərbəsindən hesabı açıb. İkinci hissədə oyunda dönüş yaratmaq üçün daha böyük qüvvə ilə irəli atılan “Qəbələ” qapısında daha bir qol görüb. Bundan sonra əvəzedicilərimiz yalnız toplardan birinin əvəzini çıxa bilib. Ehtiram Şahverdiyev mövsümdə 2-ci qolunu vurmaqla fərqi minimuma endirib – 1:2.
Beləliklə, 20 oyundan sonra hesabında 34 xal olan “Qəbələ” 3-cü pillədə qərarlaşıb.
1 | İnter | 19 | 12 | 3 | 4 | 50-22 | 39 |
2 | Simurq | 20 | 12 | 2 | 6 | 45-20 | 38 |
3 | Qəbələ | 20 | 10 | 4 | 6 | 31-28 | 34 |
4 | Xəzər Lənkəran | 19 | 10 | 2 | 7 | 27-32 | 32 |
5 | Neftçi | 19 | 7 | 4 | 8 | 26-31 | 25 |
6 | Qarabağ | 19 | 8 | 1 | 10 | 29-32 | 25 |
7 | AZAL | 19 | 6 | 6 | 7 | 22-27 | 24 |
8 | Bakı | 20 | 5 | 2 | 13 | 30-41 | 17 |
9 | Sumqayıt | 19 | 3 | 4 | 12 | 22-49 | 13 |