Ələsgərov “Qəbələ”də
Xəbərlər / 28 İyun 2024 | 17:26219
Ələsgərov “Qəbələ”də

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Akademiyamızın yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

 

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.