“Əlimizdən gələni etməliyik”
Xəbərlər / 12 Aprel 2026 | 19:088743
“Əlimizdən gələni etməliyik”

Misli Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İmişli” oyunundan (0:1) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Çox məyusedici məğlubiyyət oldu. “İmişli” böyük qüvvə ilə müdafiə olunan komandadır. Rəqib səhv edən kimi bundan istifadə edirlər. Fərdi olaraq yaxşı oyunçuları var. Standart vəziyyətdən sonra səhv etdik. Topa nəzarət bizdə idi, hücumlar edirdik. Lakin sonluq yox idi. Azarkeşlər çox narahat olurlar, onları başa düşürəm. 6 oyun qaldı, əlimizdən gələni etməliyik ki, komanda Premyer Liqada qalsın. Hamımız bu haqda düşünməliyik”.