“Əlimizə düşən şanslardan yararlana bilmədik”
Xəbərlər / 22 Avqust 2026 | 23:3026
“Əlimizə düşən şanslardan yararlana bilmədik”

Misli Premyer Liqasının II turunun “Qəbələ” – “Şəfa” oyunundan (0:1) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Doğma azarkeşlər qarşısında çox pis nəticə oldu. Hamımız günahkarıq. Rəqib yarım qol epizodu yaratdı və bundan istifadə etdi. Biz isə əlimizə düşən şanslardan yararlana bilmədik. Oyun keyfiyyəti baxımından əlbəttə ki, suallar var. Meydanın mərkəzində çox top itiririk və ötürmələri ləng veririk. Bu səbəbdən də ilk 15-20 dəqiqədə rəqibin əks -hücumlarını buraxırdıq. Bir çox futbolçularımız hələ onlardan nə tələb olunduğunu anlaya bilmirlər. Çox ağır məğlubiyyət oldu. Bəlkə də çox qol vəziyyəti yaratmadıq, amma qalib gəlmək üçün yetərli sayda epizodlarımız oldu. Oyun keyfiyyətini artırmaq üçün çox işləməliyik. Ötən mövsüm olan kombinasiyalı oyun təəssüf ki, hələ yoxdur. Təhlükəli vəziyyətləri yalnız cinah ötürmələrindən sonra yaradırıq”.