Misli Premyer Liqasının VIII turunun “Qəbələ” – “Sabah” oyunundan (0:4) sonra komandamızın baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib. Mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Oyuna yaxşı başlamışdıq. Qol imkanlarımız oldu Lakin əlimizə düşən şansları dəyərləndirə bilmədik. Birinci hissənin son saniyılərində standart vəziyyətdən sonra qol buraxdıq. İkinci hissədə konsentrasiyamız zəiflədi. Oyunun son 15 dəqiqəsində daha 3 top buraxdıq. Müdafiədə ciddi səhvlərə yol verdik. Bəzi futbolçularımız da zədə səbəbindən oynamırdılar”.