“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevə UEFA-nın Pro kateqoriyasının diplom və lisenziyası təqdim olunub. 42 yaşlı mütəxəssisə müvafiq sənədlər AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində verilib.
UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vuran çalışdırıcılara diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.
Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından baş məşqçisi olduğu “qırmızı-qaralar”ı Premyer Liqada 86 oyuna çıxarıb.