Elvin Qəmbərov Serbiyada gümüş medal qazandı
Xəbərlər / 2 Dekabr 2014 | 19:58385
Elvin Qəmbərov Serbiyada gümüş medal qazandı

Serbiyanın Vryaçka Banya şəhərində sayca 57-ci dəfə keçirilən “Golden Glove” beynəlxalq boks turnirinə yekun vurulub. Azərbaycan yığması yarışda 9 boksçu ilə çıxış edib. Millimizin heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub. 10 ölkənin 54 idmançısının mübarizə apardığı yarışda yığmamız 3 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olub. 

Mükafatçılar arasında “Qəbələ”nin üzvü Elvin Qəmbərov da yer alıb. 81 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz finala qədər uğurla irəliləyib. Yalnız Rusiya təmsilçisi Pavel Salıginlə həlledici görüşdə məğlub olan Elvin Serbiyada gümüş medal qazanıb.