Emil Səfərov Azərbaycan millisində
Xəbərlər / 2 İyun 2023 | 20:152645
Emil Səfərov Azərbaycan millisində

“Qəbələ”nin futbolçusu Emil Səfərov Azərbaycan milisinə çağırılıb. O, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçiriləcək matç üçün açıqlanan heyətdə yer alıb.

Bu görüş iyunun 17-də baş tutacaq. Qarşılaşma “Dalğa Arena”da təşkil olunacaq.

İyunun 6-dan gündəlik məşqlər keçirəcək milli komanda iyunun 13-dən təlim-məşq toplanışına başlayacaq.