“Ən vacib olan taktiki oyun idi”
Xəbərlər / 14 İyul 2026 | 23:3617
“Ən vacib olan taktiki oyun idi”

Komandamızın baş məşqçisi Kaxaber Tsxadadze "Kəpəz"lə yoxlama oyunundan (2:1) sonra fikirlərini bildirib:

 

“Hazırlıq prosesinin ən çətin dövrüdür. "Yükləmələr" çox olur. Əlbəttə ki, futbolçularda yorğunluq var. Hər hissə 45 dəqiqə oynayırıq ki, bütün futbolçular fiziki yükləmələri alsınlar. Qalib gəldik, amma bu yoxlama oyunudur. Məqsəd güclü və zəif tərəflərimizi müəyyənləşdirmək idi. Bu gün bizim üçün ən vacib olan taktiki, mövqe oyunu idi. Yeni transferlərimiz də ilk oyunlarını keçirdilər. Hələ onlar tam hazır deyillər. Təəssüf ki, bir çox legionerlər gələndə Azərbaycan çempionatının səviyyəsinidən xəbərsiz olurlar. Onların məlumatı yoxdur ki, Azərbaycan Premyer Liqasının səviyyəsi çox yüksəlib. Artıq bunu başa düşdülər və öz üzərilərində işləyirlər. Hazırlıq dövründə vaxtımız çoxdur, yaxşı işləməliyik. Yeni transferlərlə güclənməyə ehtiyacımız var və bunun üzərində iş gedir. Bu mövsüm uğurlu nəticələrlə azarkeşlərimizi sevindirmək istəyirik. Yoxlama oyunu olmasına baxmayaraq, stadiona gəlib sonadək komandamızı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.