«Erkən qol vurmaq istəyi oyunumuzu pozdu»
Xəbərlər / 23 Fevral 2014 | 23:37287
Premyer Liqanın XXIII turu çərçivəsində baş tutan "Qəbələ"-"Rəvan" (0:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "Çox uğursuz oyun keçirdik və nəticədə iki xal itirdik. Düşünürəm ki, pis oynamağımıza səbəb tələsməyimiz oldu. Erkən qol vurmaq istəyi oyunumuzu pozdu. Düzgün hücumlar qura bilmədik. Əslində davamlı ötürmələrlə oynamalı idik. Amma bu bizdə alınmadı. İki dəfə penalti vurmaq hüququ qazandıq. Amma tələskənlik üzündən bu imkanlardan da yararlana bilmədik. Heç-heçə bizim üçün yaxşı nəticə deyil".