“Erkən qollar buraxdıq”
Xəbərlər / 10 Oktyabr 2026 | 23:1722
“Erkən qollar buraxdıq”

Misli Premyer Liqasının VII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (4:1) sonra komandamızın baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib. Mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Erkən qollar buraxdıq. Nəticənin belə olması çox üzücüdür. Qapımızda erkən qollar gördükdən sonra komandanın toparlanması çətin oldu. Hesab 0:2 olduqdan sonra geridönüş edib qollardan birinin əvəzini çıxdıq. Lakin hesabı bərabərləşdirmək əvəzinə, 3-cü qolu da buraxdıq. Mən əvvəlki oyunlara da baxmışam, onda da çox asan qollar buraxırdıq. Amma bura gəlmişik ki, komandanı düzəldək və harda səhvlərimiz varsa, onları aradan qaldıraq”.