Ərzurum Gündəliyi – 17.06.2015
Xəbərlər / 17 İyun 2015 | 21:11185
Ərzurum Gündəliyi – 17.06.2015

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən “qırmızı-qaralar” təlim-məşq toplanışının 8-ci gününü iki məşqlə başa vurub. “Qırmızı-qaralar” hazırlıq zamanı əsasən toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun yetirmələri məşq zamanı taktiki hazırlıq üzərində də çalışıb. Toplanışın əvvəlki hissəsində fərdi məşqlərlə kifayətlənən Dodo komandayla birlikdə hazırlıq keçib. Rikardinyo və Ruslan Əmircanov isə fərdi məşqlə kifayətləniblər. Milli üzvləri Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov  komandaya təlim-məşq toplanışının ikinci hissəsində - Qəbələdə qoşulacaq.