Əsas komanda əvəzediciləri sınağa çəkdi
Xəbərlər / 7 Sentyabr 2014 | 12:03252
Əsas komanda əvəzediciləri sınağa çəkdi

Premyer Liqanın 5-ci turu çərçivəsində “Simurq”a qarşı keçiriləcək  matçın hazırlıqlarını doğma şəhərində davam etdirən “Qəbələ”  yoxlama oyununda qüvvəsini sınayıb. Dünən əvəzedici heyətlə üz-üzə gələn əsas komanda 3:0 hesabı ilə qalib gəlib. 
Əsas komandaya qələbə qazandıran qolları braziliyalı futbolçular - Luis Paulo Hilario (2) və Markinyos vurub. Bu oyundan sonra bir günlük istirahət verilən komanda hazırlıqlarını sabah davam etdirəcək. Milli komandaların düşərgəsində olan futbolçular və zədəli Vladimir Levindən başqa bütün oyunçular məşqlərdə iştirak edəcək
Xatırladaq ki, sentyabrın 13-də “Qəbələ”nin əsas komandası Zaqatalada “Simurq”la qarşılaşacaq. Bundan bir gün əvvəl isə klubların əvəzedici heyətləri görüşəcək.