Topaz Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Mən gözləmirdim ki, “Xəzər Lənkəran” zəif oynasın. “Xəzər Lənkəran” öz meydançasında həmişə güclü çıxış edib. Biz Lənkəranda iki oyuna çıxmışıq. Hər iki qələbəni çox güc sərf etmək hesabına qazanmışıq. Cənub komandasının heyətində çox sürətli oyunçular var. Bütün bunlara baxmayaraq, əsas məsələ qələbə qazanmaq idi, bunu da bacardıq. Biz bir müddətdir ki, qələbə qazana bilmirdik və bu müəyyən narahatlıq yaradırdı. Sevindirici haldır ki, 3 xal əldə etdik”.