“Əsas odur ki, futbolçular verilən tapşırıqları yerinə yetirsinlər”
Xəbərlər / 18 Yanvar 2026 | 17:2510347
“Əsas odur ki, futbolçular verilən tapşırıqları yerinə yetirsinlər”

“Qəbələ” qış hazırlıq prosesində sonuncu yoxlama oyununu keçirib. “Baku Sportinq” – “Qəbələ” matçından (1:7) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadze görüş barədə fikirlərini bildirib:

 

“Bizim üçün vacib o idi ki, yoxlama oyunu keçirək. Şadıq ki, çox qol vurduq. Lakin belə oyunlarda nəticə heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, futbolçular onlara verilən tapşırıqları yerinə yetirsinlər. Müəyyən səhvlərimiz oldu və bunun üzərində işləyəcəyik. Artıq çempionatın başlamasına bir həftə qalır. Yaxşı hazırlaşmaq lazımdır. Təəssüf ki, iki futbolçumuz - Xayme Syerra və İbrahima Sanqare cəzalı olduqlarından “Şamaxı” ilə matçda oynamayacaqlar. Yoxlama oyunlarındakı nəticələr bizi aldatmamalıdır. Yoxlama matçları ilə çempionat oyunları arasında böyük fərq var”.