Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan “Qəbələ” – “Simurq” (1:0) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Bu gün əsas vəzifənin öhdəsindən gəldik. Vacib qələbə qazandıq. Əsas rəqiblərimizdən olan “Simurq”la görüşdə çox yaxşı oyun sərgiləməsək də, 3 xal əldə etdik. İlk hissәdә topla yaxşı rәftar edə bilmədik. Bunun da futbolçuların hәddәn artıq istәkli olmasından irəli gəldiyini düşünürəm. Fasilәdә məhz bu mәqam üzərində dayanıb, oyunçulara komandanın soyuqqanlı olması, topla daha sәrbәst hәrәkәt etməsi üçün tapşırıqlarımı verdim”.