Eşqin Əhmədov Azərbaycan millisində
Xəbərlər / 6 Noyabr 2026 | 14:2316
Eşqin Əhmədov Azərbaycan millisində

Azərbaycan millisinin heyəti açıqlanıb.

 

“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov ilk dəfə əsas yığmaya çağırılıb. Onun heyətində yer aldığı millimiz noyabrda 2 oyun keçirəcək.

 

Yığmamız UEFA Millətlər Liqası çərçivəsində noyabrın 11-də Lixtenşteyn, yoldaşlıq oyunu çərçivəsində noyabrın 16-da Andorra millisi ilə üz-üzə gələcək. Hər iki matç səfərdə baş tutacaq.