“Qəbələ” – “Araz-Naxçıvan” 1:0
17 avqust 2014. Saat 20:00. Qəbələ şəhər stadionu.
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Rəvan Həmzəzadə, İsgəndər Əliyev
Dördüncü hakim: Xəlil Hüseynli
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Yazalde Pinto, 55 (simulyasiya); Adrian Ropotan, 58 (qeyri-idman hərəkəti) // Ramal Hüseynov, 26 (qeyri-idman hərəkəti); Ruslan Zubkov, 36 (qeyri-idman hərəkəti)
Qol: Cavid Hüseynov, 19 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
Topaz Premyer Liqasında II tura yekun vurulub. İlk ev oyununu keçirən “Qəbələ” “Araz-Naxçıvan”la qarşılaşıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Dorinel Muntyanu ilk turun “İnter”lə görüşü ilə müqayisədə start heyətində 3 dəyişikliyə əl atıb. Komandanın kapitanı Kamran Ağayev qapıda yerini alıbsa, Qomeş Pinto Yazalde hücum xəttində qərarlaşıb. Debüt oyununa çıxan Markinyos isə orta sahədə mübarizə aparıb. Bu oyunçular Anar Nəzirov, Viktor Mendi və Andrei Kristeanın əvəzində heyətə daxil edilib.
Bu dəyişikliklər böyük ölçüdə özünü doğruldub. Nəticədə “Qəbələ” 1:0 hesablı qələbə qazanıb. İlk yarıda böyük üstünlüyə malik “qırmızı-qaralar” Yazaldenin ön xətdəki fəallığı sayəsində qonaqları gərginlikdə saxlamağa müvəffəq olub. Abışovun yerinə yetirdiyi standart zərbələr də qonaqlara çətinlik yaşadıb. Lakin “Araz-Naxçıvan”ın qapıçısı Kamal Bayramov dəfələrlə komandasını qoldan xilas edib. Lakin oyunun taleyini həll edən qol zamanı qolkiper də komandasını xilas edə bilməyib. Əllə oyuna görə təyin edilən penaltini Cavid Hüseynov dəqiq yerinə yetirib. Bununla da yarımmüdafiəçi “qırmızı-qaralar”ın 2014/15 mövsümündəki ilk qolunun müəllifi olub.
İlk yarıda əks-hücumlara ümid edən və Ağayevi yalnız bir dəfə narahat edən qonaqlar fasilədən sonra xeyli fəallaşıb. Lakin onların qola yaxın olduğu hər iki epizodda Kamran ustalığını nümayiş etdirib. “Qəbələ” isə Markinyosun fəallığı sayəsində ikinci yarının gedişində də üstünlüyü ələ alıb. Lakin bir neçə dəfə Bayramov, son dəqiqələrdə isə qapı tiri fərqin artmasına imkan verməyib.
Beləliklə Topaz Premyer Liqasında ilk qələbəsini qazanan “Qəbələ” xal hesabını 3-ə çatdırıb və turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.
“Qəbələ”
1. Kamran Ağayev (k)
7. Ruslan Əmircanov
8. Markus Vidal
12. Aleksandr Benqa
14. Cavid Hüseynov
15. Ruslan Abışov
(4. Elvin Camalov, 83)
21. Yazalde Pinto
(9. Viktor Mendi, 73)
25. Adrian Ropotan
26. Pavol Farkas
34. Ürfan Abbasov
90. Ekiqo Ehiosun
(11. Andrei Kristea, 78)
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
6. Volodimir Levin
16. Ruslan Tağızadə
36. Elnur Allahverdiyev
Baş məşqçi: Dorinel Munteanu
“Araz Naxçıvan”
85. Kamal Bayramov (k)
4. Emin Cəfərquliyev
6. Budaq Nəsirov
(10. Eşqin Quliyev, 22)
7. Ramal Hüseynov
(11. Vüqar Əsgərov, 78)
8. Elmin Çobanov
17. Bəxtiyar Soltanov
19. Tərlan Xəlilov
(9. Qərib İbrahimov, 58)
20. Ruslan Zubkov
21. David Janelidze
24. Azər Məmmədov
25. Oleksandr Krustkeviç
Ehtiyat oyunçular:
1. Elçin Sadıqov
2. Tural Hümbətov
3. Əlimirzə Daşzərini
14. Elhad Nəziri
Baş məşqçi: Əsgər Abdullayev