“İnter” - “Qəbələ” – 2:1
Aleksandr Amisulaşvili, 51; Abbas Hüseynov, 80 - Muxtar Əliyev, 24
Bu gün əvəzedicilərin çempionatında 1 oyun keçirilib. Martın 17-də baş tutmalı olan XXVI turun oyununda “Qəbələ” “İnter”in qonağı olub. “Qırmızı-qaralar”ın bir neçə oyunçusunun 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində Avropa çempionatının elit-raundunda iştirak edəcəyindən qarşılaşma 5 gün əvvəl baş tutub. Bu matçadək 3-cü pillədə qərarlaşan Luis Araqonun yetirmələri 1 xal gerisində olduğu paytaxt təmsilçisini məğlub edib, 2-ci pilləni ələ keçirmək imkanına malik olsa da, bu şansı əldən verib. Belə ki, birinci hissədə Muxtar Əliyevin qolu ilə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Meydan sahibləri ikinci hissədə iki qol vura bilib. Belliklə, səfər oyununda 1:2 hesabı ilə məğlub edilən əvəzedicilər 39 xalla turnir cədvəlinin 3-cü pilləsində qalıb.
1 | Simurq | 22 | 14 | 2 | 6 | 51-23 | 44 |
2 | İnter | 23 | 13 | 4 | 6 | 56-31 | 43 |
3 | Qəbələ | 24 | 11 | 6 | 7 | 37-32 | 39 |
4 | Xəzər Lənkəran | 22 | 10 | 4 | 8 | 29-35 | 34 |
5 | Neftçi | 23 | 9 | 6 | 8 | 33-34 | 33 |
6 | Qarabağ | 22 | 8 | 3 | 11 | 30-36 | 27 |
7 | AZAL | 22 | 6 | 7 | 9 | 24-32 | 25 |
8 | Bakı | 22 | 7 | 2 | 13 | 32-41 | 23 |
9 | Sumqayıt | 22 | 3 | 6 | 13 | 27-52 | 15 |