Əvəzedicilər 2012-ci ili qələbə ilə yekunlaşdırdılar
Xəbərlər / 19 Dekabr 2012 | 14:01308
“Turan” 1-2 “Qəbələ”
(İlkin Sadıqov, 12 // Kamal Mirzəyev, 4; Fərid Hacıyev, 52)
Əvəzedicilər çempionatının XVIII turunda "Qəbələ" səfərdə "Turan"la üz-üzə gəldi. İlin son oyununa çıxan ikinci komandamız 2012-ni major notlarla tamamladı.
Matça sürətli başlayan Luis Araqonun yetirmələri artıq 4-cü dəqiqədə hesabı açmağı bacardılar. Kamal Mirzəyev dəqiq oynadı. Tovuzluların qola cavabı gecikmədi. 12-ci dəqiqədə İlkin Sadıqov status-kvonu bərpa etdi və ilk yarının hesabını müəyyənləşdirdi.
İkinci hissəyə də qonaqlar fəal başladılar. Ardıcıl hücumlar 52-ci dəqiqədə öz bəhrəsini verdi. Fərid Hacıyevin dəqiq zərbəsi "Qəbələ"ni önə çıxardı. Final fitinə kimi hər iki tərəfin hesabı dəyişmək imkanı olsa da, matçda başqa qol olmadı və "Qəbələ" Tovuzda ilin son matçında qələbə qazandı.