Əvəzedicilər 2015-ci ilə heç-heçə ilə başladı
Xəbərlər / 31 Yanvar 2015 | 13:07265
Əvəzedicilər 2015-ci ilə heç-heçə ilə başladı

“Bakı” - “Qəbələ” 0-0

Bu gün əvəzedicilərin çempionatında XIX tura yekun vurulub. 2015-ci ilin ilk qarşılaşmaları ilə 2014-2015 mövsümünün ikinci yarısı və III dövrəyə start verilib. “Qəbələ” ilə səfər oyunu ilə başlayıb. “Qırmızı-qaralar” paytaxtda Bakının eyniadlı komandasının qonağı olub.
Mövsümün ilk yarısında rəqibini iki dəfə məğlub edən (2:0, 3:2) Luis Araqonun yetirmələri meydana liderlər qrupundakı mövqeyini daha da yaxşılaşdırmaq üçün çıxıb. Lakin komandamızın səylərinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb – 0:0. Bununla da “Qəbələ”nin 9 oyunluq qollu oyunlar seriyası qırılıb. Belə ki, “Qarabağ”la VIII turun səfər oyunundan sonra (0:1) “qırmızı-qaralar” ardıcıl 9 görüşdə meydanı qolsuz tərk etməmişdi.
Beləliklə, 19 turdan sonra aktivində 31 xal olan “qırmızı-qaralar” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

1 İnter 17 10 3  4 41-22  33 
2  Simurq  17 10 2 5  38-17  32 
3 Xəzər Lənkəran 17 10 2  5  27-25  32 
4 Qəbələ 17 9  4  4  26-23  31 
5 Qarabağ  16 7  1  8 25-27  22 
6 AZAL  16  5  6  5  19-20  21 
7  Neftçi 16 4 4  8  19-29  16 
8  Bakı  17  4  2  11  27-32 14 
9  Sumqayıt  17  2  4  11  18-45  10