Əvəzedicilər 3 xalı 3 qolla qazandı
Xəbərlər / 1 Noyabr 2014 | 13:10302
Əvəzedicilər 3 xalı 3 qolla qazandı

“Qəbələ” 3-2 “Bakı”
(Muxtar Əliyev, 14; İbrahim Aslanlı, 46; Kamal Mirzəyev, 64 // Raul Yaqubzadə, 41; Mahir Mədətov, 51)

Bu gün əvəzedicilərin Azərbaycan çempionatında XI turun oyunları keçirilib. Yarışın liderləri arasında qərarlaşan “Qəbələ” öz meydanında “Bakı” ilə qarşılaşıb. Çempionatda yaranan fasilə öncəsi son matçına çıxan “qırmızı-qaralar”ın doğma azarkeşlər önündəki oyunu məhsuldar alınıb. Növbəti 3 xalı 3 qolla qazanan Luis Araqonun yetirmələri rəqibin ciddi müqavimətini qırmağa müvəffəq olub. Belə ki, qonaqlar oyunun gedişində iki dəfə hesabda tarazlıq yaratmağı bacarıb. Muxtar Əliyevin ilk yarıda vurduğu qola fasiləyədək cavab verən “Bakı”, ikinci hissədə İbrahim Aslanlının fərqlənməsindən sonra da tarazlıq yaratmağa nail olub. Lakin Kamal Mirzəyevin vurduğu qol “Qəbələ”yə növbəti qələbəni qazandırıb.
Beləliklə, 11 turdan sonra aktivində 22 xal olan “Qəbələ” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. 

1 İnter  11  7  2  2  19-6  23 
2  QƏBƏLƏ  11 7 1 3  17-13  22 
3 Qarabağ  10  7  0  3  21-12  21 
4 Simurq  11  6  2  3  25-11  20 
5 Xəzər Lənkəran  11 6  2  3  20-13  20 
6 AZAL 10  3  4 3  9-11  13 
7  Neftçi  10  3  3  4  15-16  12 
8  Bakı  11  3  1  7  21-22  10 
9  Araz-Naxçıvan  10  1  2  7  9-26  5 
10  Sumqayıt  11  0  3  8  10-36  3