“Qəbələ” – “Neftçi” - 7:1
(Roman Hüseynov, 35; Ülvi İbazadə, 37; Famusa Kone, 44; Hacıağa Hacılı, 53; Ülvi İsgəndərov, 61; 76; 89 // Miradbulla Abbasov, 81)
Bu gün əvəzedicilərin çempionatında VI turun son oyunu keçirilib. Günün yeganə qarşılaşması Qəbələdə baş tutub. Əvvəlki 5 oyunda qələbələri sıralayan “qırmızı-qaralar” Neftçini qəbul edib. Elmar Baxşıyevin yetirmələrinin aşkar üstünlüyü ilə keçən qarşılaşmada böyük hesab qeydə alınıb.
İlk yarıda 3 cavabsız qol vuraraq qarşılaşmanın taleyini həll edən “Qəbələ” fasilədən sonra daha 4 qol vurub. Qonaqlar isə yalnız matçın sonlarında fərqlənə bilib. 7:1 hesablı qələbədə çempionatın bombardiri Ülvi İsgəndərov 3 qolla pay sahibi olub.
Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan “Qəbələ” xal sayını 18-ə çatdırıb.
1 | Qəbələ | 6 | 6 | 0 | 0 | 30-4 | 18 |
2 | Zirə | 5 | 4 | 0 | 1 | 11-4 | 12 |
3 | Sumqayıt | 6 | 2 | 2 | 2 | 10-18 | 8 |
4 | Neftçi | 6 | 2 | 1 | 3 | 7-11 | 7 |
5 | Səbail | 6 | 2 | 1 | 3 | 9-13 | 7 |
6 | Kəpəz | 6 | 1 | 3 | 2 | 8-9 | 6 |
7 | İnter | 5 | 0 | 4 | 1 | 8-12 | 4 |
8 | Qarabağ | 6 | 0 | 1 | 5 | 2-14 | 1 |