Əvəzedicilər Antalyada ilk oyununu keçirdi - Fotoreportaj, Video
Xəbərlər / 19 Yanvar 2016 | 16:40213
Əvəzedicilər Antalyada ilk oyununu keçirdi - Fotoreportaj, Video

“Qəbələ” – “Ayntraxt” – 0:1
Sedrik Heller, 4
2015-2016-cı il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”nin əvəzedici komandası ilk matçını keçirib. Yanvarın 16-dan Antalyada hazırlıq keçən “qırmızı-qaralar” Almaniya təmsilçisi “Ayntraxt”ın (Frankfurt) gənclərdən ibarət komandası ilə qarşılaşıb. Oyun “La Atlantis Hotel Gündoğdu”nun meydanında keçirilib. Komandamızın baş məşqçisi Ramin Quliyev bu oyunda aşağıdakı heyətə şans verib: Həsən Hüseynov (Elnur Orucov), Tural Məmmərzayev, Murad Musayev, Sahil Mirzəyev, Amin Seydiyev (Əziz İsmayılov), Yusif Dilanov (Hacıağa Hacılı), Emin Zamanov, Ülvi İbazadə (Ülvi İsgəndərov/Rövlan Muradov), Ramil Həsənov, Şamil Camaləddinov, Ehtiram Şahverdiyev.
Qarşılıqlı hücumlarla başlayan matçın 4-cü dəqiqəsində Almaniya klubu hesabı açıb. “Ayntraxt”ın heyətində Sedrik Heller fərqlənib. Bundan sonra “Qəbələ” rəqib qapısına təzyiqi artırıb, hesabı dəyişməyə çalışsa da, yaratdığı qol imkanlarından yararlana bilməyib. Quliyevin oyunun gedişində gerçəkləşdirdiyi əvəzetmələr hücumların kəsərini artırsa da, rəqib qapısına həmlələr qolla nəticələnməyib.
Beləliklə, əvəzedicilərimiz ilk yoxlama oyununda 0:1 hesabı ilə məğlub olub. Quliyevin yetirmələri növbəti matçını yanvarın 22-də Danimarkanın U-19 yığması ilə keçirəcək.