Əvəzedicilər Antalyaya yollanır
Xəbərlər / 19 Yanvar 2014 | 00:05203
Mövsümün ikinci yarısının hazırlıqlarına Qəbələdə start verən əvəzedicilərdən ibarət komandamız təlim-məşq toplanışının ilkin mərhələsini yekunlaşdırıb. "Qırmızı-qaralar"ın növbəti toplanışı isə Antalyada baş tutacaq. Yanvarın 19-u Antalyaya yollanacaq əvəzedicilərimiz Belek bölgəsində "Papilion Zeugma" otelində məskunlaşacaq. Antalya toplanışı yanvarın 27-dək davam edəcək. "Qırmızı-qaralar" toplanış çərçivəsində yanvarın 21-də "Yonsey" (Cənubi Koreya), 23-də Kuveytin U-21 yığması, yanvarın 25-də isə "Şaxtyor"un (Ukrayna) əvəzedici komandası ilə üz-üzə gələcək.