Əvəzedicilər Bayılda dayandı
Xəbərlər / 28 Noyabr 2013 | 14:41212
Əvəzedicilər çempionatında XV tura start verilib. Hesabat turunda "Qəbələ" səfərdə - "Bayıl Arena"da "Rəvan"la qarşılaşıb. Son 4 turda qələbə qazanan "qırmızı-qaralar" sözügedən matça da 3 xal iddiası ilə çıxıblar. Lakin Luis Araqonun yetirmələri uğurlu seriyanı davam etdirə bilməyiblər. Matçın 80 dəqiqəsi bərabər mübarizə şəraitində keçib. Qarşılaşmanın son dəqiqələri daha gərgin və maraqlı alınıb. 81-ci dəqiqədə "Qəbələ"nin qapıçısı Fərid Ağayev rəqibi cərimə meydançası daxilində dayandırdığına görə qırmızı vərəqə ilə cəzalandırılıb və qonaqların qapısına penaltı təyin olunub. 11 metrlik zərbəni dəqiq yerinə yetirən Vüsal Qarayev 83-cü dəqiqədə komandasını irəli çıxarıb - 1:0. Matçın qalan dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişməyib və "Rəvan" minimal hesablı qələbə qazanıb. Tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.