Əvəzedicilər Çempionatı - «Qəbələ» gümüş medallara sahib oldu
Xəbərlər / 10 May 2012 | 06:21350
Əvəzedicilər Çempionatı - «Qəbələ» gümüş medallara sahib oldu

Çərşənbə günü – mayın 9-u keçirilən oyunlarla əvəzedicilər çempionatına yekun vurulub. 2011-2012 mövsümünün son matçında “Qəbələ” doğma meydançada “Kəpəz”i qəbul edib. Gərgin mübarizə şəraitində keçən matçda tərəflər hərəyə bir dəfə fərqlənib və matç 1:1 hesabı ilə sona çatıb. Bu nəticədən sonra xallarının sayını 62-yə çatdıran komandamız gümüş medallara sahib olub. İlk pilləyə isə 69 xalla “Neftçi” sahib çıxıb. “Qəbələ”dən 8 xal az toplayan “İnter” bürünc medalları boynundan asıb. 

Təhlükəli hücum xətti ilə seçilən “Qəbələ” bombardirlər cədvəlində iki futbolçu ilə təmsil olunub. Hərəyə 16 dəfə fərqlənən Rey Məmmədbəyli və Amil Yunanov mövsümün ən sərrast futbolçusu ünvanına yiyələniblər. Orxan Səfiyaroğlu (AZAL) və Ramil Mansurov (“İnter”) da eyni sayda qol vurmaqla bombardirlər cədvəlində yer alıblar. 

Xatırladaq ki, “Qəbələ” ötən mövsüm əvəzedicilər çempionatını 3-cü yerdə bitirmişdi. 

1
  Neftçi
32
21
6
5
73-39
69
2
32
18
8
6
52-31
62
3
  İnter
32
16
6
10
49-30
54
4
  Bakı
32
14
3
15
58-51
45
5
  Kəpəz
32
11
8
13
44-45
41
6
  AZAL
32
10
4
18
41-57
34
7
  Simurq
32
12
8
12
41-50
44
8
32
12
8
12
50-49
44
9
32
12
7
13
37-41
43
10
  Turan
32
8
12
12
39-47
36
11
  Rəvan
32
7
10
15
41-65
31
12
32
7
8
17
28-48
29