“Qəbələ” – “Simurq” – 0:3
Oruc Balaşlı, 53; Vadim Abdullayev, 83 (p.); Cavad Kazımov, 90+1
Bu gün əvəzedicilərin yarışında XXIX turun oyunları keçirilib. Mükafatlar uğrunda mübarizə aparan “Qəbələ” öz meydanında “Simurq”la qarşılaşıb. Bu matçadək rəqibindən 6 xal geri qalan Luis Araqonun yetirmələri qalib gəlib, 2-ci pillə ilə xal fərqini azaltmaq imkanınndan yararlanmaq üçün meydana çıxıb. “Qırmızı-qaralar” ilk hissəyə yaxşı başlasa da, hesabı açmaq cəhdləri uğursuz alınıb. İlk yarısı qolsuz başa çatan matçın bütün qolları fasilədən sonraya təsadüf edib. Hissənin əvvəlində hesabı açan “Simurq” matçın sonluğunda daha iki dəfə fərqlənib. Beləliklə, doğma meydanda 0:3 hesabı ilə məğlub olan əvəzedicilər 3-cü pillədə qalıb.
1 | Simurq | 26 | 16 | 3 | 7 | 59-29 | 51 |
2 | İnter | 25 | 15 | 4 | 6 | 64-33 | 49 |
3 | Qəbələ | 26 | 12 | 6 | 8 | 40-36 | 42 |
4 | Neftçi | 26 | 11 | 7 | 8 | 36-35 | 40 |
5 | Xəzər Lənkəran | 26 | 10 | 5 | 11 | 31-42 | 35 |
6 | Qarabağ | 26 | 10 | 3 | 13 | 36-43 | 33 |
7 | Bakı | 26 | 9 | 2 | 15 | 39-47 | 29 |
8 | AZAL | 26 | 7 | 7 | 12 | 27-39 | 28 |
9 | Sumqayıt | 25 | 4 | 7 | 14 | 32-60 | 19 |