“Qəbələ” - “İnter” – 0:2
Elnur Süleymanov, 75, 80 (p)
Bu gün əvəzedicilərin yarışında XXXIV tura yekun vurulub. “Qəbələ”nin əvəzedici komandası öz meydanında “İnter”lə qarşılaşıb. Mükafatçılar sırasına düşmək üçün mübarizə aparan Luis Araqonun yetirmələri paytaxt təmsilçisi ilə qarşılaşmaya qələbə iddiasında çıxıb. Lakin “qırmızı-qaralar” hücumlarını qolla tamamlaya bilməyib. Paytaxt təmsilçisi isə çempionluq mübarizəsində vacib 3 xal əldə edə bilib. “İnter” ilk yarısı qolsuz bitən matçın ikinci hissəsində istəyinə çatıb. Görüşün son 16 dəqiqəsində iki qol vuran bakılılar səfər qarşılaşmasının taleyini öz xeyrinə həll edib.
Beləliklə, hesabında 49 xal olan “Qəbələ”nin əvəzedici komandası 4-cü pillədə qalıb.
1 | İnter | 29 | 17 | 6 | 7 | 70-38 | 57 |
2 | Simurq | 29 | 17 | 4 | 8 | 63-32 | 55 |
3 | Neftçi | 30 | 14 | 8 | 8 | 50-42 | 50 |
4 | Qəbələ | 31 | 14 | 7 | 10 | 46-42 | 49 |
5 | Xəzər Lənkəran | 30 | 12 | 6 | 12 | 37-47 | 42 |
6 | Qarabağ | 31 | 11 | 3 | 17 | 43-55 | 36 |
7 | Bakı | 28 | 10 | 4 | 15 | 45-52 | 34 |
8 | AZAL | 30 | 7 | 8 | 15 | 32-47 | 29 |
9 | Sumqayıt | 30 | 6 | 8 | 16 | 41-72 | 26 |