“Qəbələ” 3-1 “Simurq”
(Murad Musayev, 40, 76 (p.); İbrahim Aslanlı, 61 // Oruc Balaşlı, 37)
Bu gün əvəzedicilərin Azərbaycan çempionatında XIII tura start verilib. Turun açılış matçı Qəbələdə keçirilib. Mövsümdə 11-ci matçına çıxan “Qəbələ” öz meydanında “Simurq”u qəbul edib. Liderlə oyun “qırmızı-qaralar” üçün zirvəni ələ keçirmək əhəmiyyəti kəsb edirdi. Çünki liderlər qrupunu təşkil edən “üçlüy”ün arxasında qərarlaşan Luis Araqonun yetirmələri onlardan cəmi 1 xal geridə qərarlaşmışdı. I dövrədə rəqibini 3:1 hesabı ilə məğlub edən “Qəbələ” ev oyununa da qələbə üçün çıxıb. “Qırmızı-qaralar” məğlub duruma düşsə də, yenə 3 xalı 3:1 hesabı ilə qazanıb. I hissənin sonuna 8 dəqiqə qalmış qapısında qol görən meydan sahibləri fasiləyədək hesabda tarazlıq yaradıb. İbrahim Aslanlının hesabda irəli çıxardığı “Qəbələ” Murad Musayevin dublunu rəsmiləşdirməsindən sonra matçda son nöqtəni qoyub – 3:1.
Beləliklə, 11 oyundan sonra aktivindəki xalları 22-yə çatdıran “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.
1 | Qəbələ | 11 | 7 | 1 | 3 | 17-14 | 22 |
2 | Simurq | 12 | 6 | 2 | 4 | 23-14 | 20 |
3 | İnter | 11 | 6 | 2 | 3 | 26-15 | 20 |
4 | Xəzər Lənkəran | 11 | 6 | 2 | 3 | 18-14 | 20 |
5 | Qarabağ | 11 | 6 | 0 | 5 | 19-17 | 18 |
6 | AZAL | 11 | 3 | 5 | 3 | 11-13 | 14 |
7 | Neftçi | 10 | 3 | 2 | 5 | 14-17 | 11 |
8 | Bakı | 11 | 3 | 1 | 7 | 22-22 | 10 |
9 | Sumqayıt | 10 | 0 | 3 | 7 | 9-33 | 3 |