“Sumqayıt” - “Qəbələ” – 0:1
(Ülvi İsgəndərov, 56)
Əvəzedicilərin çempionatında XXVIII tura start verilib. Turun ilk oyun günündə üç qarşılaşma keçirilib. Çempionluğun taleyinə aydınlıq gətirən son turda “Qəbələ” “Sumqayıt”la görüşüb. Səfər matçına fəal başlayan “qırmızı-qaralar” üstünlüyə yiyələnsə də, yalnız fasilədən sonra rəqib qapısına yol tapıb. Ülvi İsgəndərovun 56-cı dəqiqədə vurduğu qol matçda yeganə olub. Beləliklə, “Qəbələ” mövsümdə 17-ci qələbəsini qazanıb və xal hesabını 55-ə çatdırıb. Bununla da Hüseynqulu Quliyevin baş məşqçisi olduğu komandamız mövsümü 2-ci pillədə başa vuraraq, gümüş medalları qazanıb.