Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzediciləri növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” qonşu ölkədəki ikinci sınağında “Saburtalo”nun əvəzediciləri ilə görüşüb. Qarşılıqlı hücumlarla və gərgin mübarizə şəraitində keçən matçın taleyini 1 qol həll edib. Matçın 62-ci dəqiqəsində meydan sahiblərinin qapısına yol tapan Vüsal Rzayev “Qəbələ”yə qələbə qazandırıb – 1:0.
Emin İmaməliyevin baş məşqçisi olduğu komanda Gürcüstanda növbəti oyununu fevralın 1-də keçirəcək. “Qırmızı-qaralar” Tiflis “Lokomotiv”inin əvəzediciləri ilə qarşılaşacaq.
Xatırladaq ki, komandamız qonşu ölkədəki ilk yoxlama oyununda “VİT-Corciya” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.