Əvəzedicilər ilk sınaqdan qalib ayrıldılar
Xəbərlər / 23 İyul 2013 | 00:20289
Növbəti mövsümün hazırlıqlarını Gürcüstanda davam etdirən "Qəbələ"nin əvəzedici komandası qonşu ölkədə ilk sınaq oyununu keçirib. Gürcüstan I Divizionunda mübarizə aparan "Mark Stars of Georgia" kollektivi ilə üz-üzə gələn "qırmızı-qaralar" qələbə qazanmağı bacarıb. Rəqibin fiziki və yaş üstünlüyünə baxmayaraq, layiqli oyun nümayiş etdirən Luis Araqonun yetirmələri yekunda 2:1 hesabilə qalib gəlib. "Qəbələ"yə qələbə qazandıran qollara Qismət Alıyev və Salman İbrahimov imza atıb. İyulun 27-dək davam edəcək toplanış müddətində "Qəbələ" daha 3 oyun keçirəcək. Rəqiblər və oyunların keçirilmə vaxtı ilə sizləri tanış edirik:
24 iyul, 18:00
"Dinamo" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)
25 iyul, 17:30
"VIT Corciya" - "Qəbələ" - (əvəzedicilər)
26 iyul, 10:00
"Spartak" (Tbilisi) - "Qəbələ" - (əvəzedicilər)