Əvəzedicilər «İnter»i 2 qolla keçdi
Xəbərlər / 6 Fevral 2016 | 12:44150
Əvəzedicilər «İnter»i 2 qolla keçdi

“İnter” 0-2 “Qəbələ”
(Ehtiram Şahverdiyev, 38 (p.); Bəhlul Mustafazadə, 43)
Bu gün əvəzedicilərin yarışında XX tura yekun vurulub. “Qəbələ” səfərdə “İnter”in qonağı olub. Bu tura qədər çempionatın lideri olan komandamız 1 gün əvvəl əldən verdiyi 1-ci pilləni qaytarmaq üçün meydana çıxıb. Bunun üçün 3 xal qazanmalı olan Ramin Quliyevin yetirmələri vəzifənin öhdəsindən gələ bilib. I dövrədə rəqibinə uduzan “qırmızı-qaralar” matçın taleyini ilk yarıda həll edib. Oyuna hücumlarla başlayan komandamız istəyinə fasilə öncəsi çatıb. 6 dəqiqəyə 2 qol vuran “Qəbələ” səfər qələbəsi ilə hesabına 3 xal əlavə edib. Oyunda hesabı çempionatın ən yaxşı bombardiri Ehtiram Şahverdiyev açıb. 13-cü qolunu vuran hücumçumuz penalti zərbəsini dəqiq yerinə yetirib. Mövsümdə 2-ci dəfə rəqib qapısına yol tapan Bəhlul Mustafazadə matçda son nöqtəni qoyub. Düzdür, ikinci hissədə hər iki komandanın hesabı dəyişmək imkanları olub. Lakin fasilədən sonra azarkeşlər qol görməyib.
Beləliklə, mövsümdə 13-cü qələbəsini qazanan “Qəbələ” xal hesabını 40-a çatdırıb və turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Qəbələ 20 13 1 6 43-22  40 
2  Sumqayıt 20 11 6 3  41-21 39 
3 Neftçi 20 10 4 6 47-30 34 
4 Kəpəz 20 8 6  6 23-25 30 
5 Qarabağ 20 8  6  6 28-19 30 
6 Rəvan 20 9  2  9  32-27 29
7  Zirə 20 7 5 8 22-32  26
8  İnter 20 6 3 11 31-42 21 
9 Xəzər Lənkəran 20 6  2  12  26-46  20 
10 AZAL 20 3 3 14 21-50 12