Əvəzedicilər «İnter»i 3 qolla keçdi
Xəbərlər / 2 Aprel 2016 | 13:49127
Əvəzedicilər «İnter»i 3 qolla keçdi

“Qəbələ” – “İnter” – 3:1
(Ehtiram Şahverdiyev, 37, 90; Ülvi İsgəndərov, 70 // İlkin Sadıqov, 35)
Bu gün əvəzedicilərin çempionatında IV dövrəyə start verilib. XXVIII turun son qarşılaşması Qəbələdə baş tutub. Öz meydanında “İnter”i qəbul edən “Qəbələ” ötən turun AZAL-la matçında olduğu kimi yenə əzmkar qələbə qazanıb. Belə ki, oyuna fəal başlayan Ramin Quliyevin yetirmələri ilk yarının 35-ci dəqiqəsində məğlub duruma düşüb. Lakin hesab açıldıqdan 2 dəqiqə sonra Ehtiram Şahverdiyev bərabərlik qoluna imza atıb. Fasiləyədək hesabı dəyişə bilməyən “qırmızı-qaralar” istəyinə ikinci hissədə çatıb. Əvvəl mövsümdə 5-ci qolunu vuran Ülvi İsgəndərov fərqlənib. Matçın son dəqiqəsində isə çempionatın ən yaxşı bombardiri Ehtiram Şahverdiyev dublunu rəsmiləşdirib. O, mövsümdə 20-ci qolunu vurub.
Beləliklə, ardıcıl 2-ci qələbəsini qazanan əvəzedicilərimiz məğlubiyyətsiz oyunlar seriyasını 11-ə çatdırıb və liderliyini möhkəmlədib.

Qəbələ 28 19 3 6 66-29 60 
2  Sumqayıt 28 15 7 6  56-31 52 
3 Kəpəz 28 13 9 6 43-33 48 
4 Qarabağ 28 13 8  7 42-25 47 
5 Neftçi 28 12  6  10 56-39 42 
6 Zirə 28 11  5  12  36-47 38
7  Rəvan 28 10 2 16 37-52  32
8  İnter 28 9 3 16 44-55 30 
9 AZAL 28 7  5  16  34-59  26 
10 Xəzər Lənkəran 28 6 2 20 31-75 20