“Xəzər Lənkəran” – “Qəbələ” – 1:0
Rahid Əmirquliyev, 58 (p.)
Bu gün əvəzedicilərin yarışında XXXI turun oyunları keçirilib. “Qəbələ” səfər qarşılaşmasında “Xəzər Lənkəran”la üz-üzə gəlib. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “qırmızı-qaralar” son 2 səfər oyununda olduğu kimi bu dəfə də meydana xal qazanmaq əzmi ilə çıxıb. Lənkəran stadionundakı görüşün taleyini 1 qol həll edib. Bu top da fasilədən sonra vurulub. Azərbaycan millisinin üzvü, “Xəzər Lənkəran”ın əsas komandasının kapitanı Rahid Əmirquliyev penalti zərbəsindən fərqlənib. Cəzalı olduğundan əsas komandaya kömək edə bilməyəcək yarımmüdafiəçi vurduğu qolla əvəzedicilərin görüşünün taleyini həll edib. Buraxılan qoldan sonra “qırmızı-qaralar” oyunda dönüş yaratmağa çalışsa da, buna müvəffəq olmayıb.
Beləliklə, səfər oyununda məğlub olan “Qəbələ” aktivindəki 43 xalla 4-cü pillədə qərarlaşıb.
1 | Simurq | 28 | 17 | 3 | 8 | 62-31 | 54 |
2 | İnter | 27 | 16 | 5 | 6 | 66-34 | 53 |
3 | Neftçi | 28 | 12 | 8 | 8 | 40-38 | 44 |
4 | Qəbələ | 28 | 12 | 7 | 9 | 41-38 | 43 |
5 | Xəzər Lənkəran | 27 | 11 | 5 | 11 | 32-42 | 38 |
6 | Qarabağ | 27 | 10 | 3 | 14 | 36-45 | 33 |
7 | Bakı | 27 | 9 | 3 | 15 | 40-48 | 30 |
8 | AZAL | 28 | 7 | 8 | 13 | 28-41 | 29 |
9 | Sumqayıt | 27 | 5 | 8 | 14 | 35-62 | 23 |