Əvəzedicilər lideri məğlub etdi
Xəbərlər / 16 Oktyabr 2015 | 14:56140
Əvəzedicilər lideri məğlub etdi

“Neftçi” – “Qəbələ” – 0:1
(Ehtiram Şahverdiyev, 18)
Bu gün əvəzedicilərin çempionatında VIII turun oyunları keçirilib. “Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşıb. Son iki turda qalib gələn “qırmızı-qaralar” səfər matçına da 3 xal istəyi ilə çıxıb. Bu oyunadək çempionatın lideri olan bakılılarla qarşılaşmaya fəal başlayan Ramin Quliyevin yetirmələri matçın 18-ci dəqiqəsində hesabı açıb. Meydan sahiblərinin qapısına yol tapan Ehtiram Şahverdiyev mövsümdə 3-cü qolunu vurub. Bununla da komandamızın ən məhsuldar oyunçusuna çevrilən 19 yaşlı yarımmüdafiəçinin vurduğu top qarşılaşmada yeganə qol olub. Belə ki, hər iki komandanın səylərinə baxmayaraq hesab dəyişməyib.
Beləliklə, ardıcıl 3-cü qələbəsini qazanıb, 7 turdur meydanı qolsuz tərk etməyən əvəzedicilərimiz xal hesabını 12-yə çatdırıb. 

Neftçi 8 5 1 2 20-9  16 
2  Kəpəz 8 5 1 2  10-7  16 
3 Sumqayıt 7 5 1 1 22-7  16 
4 Qəbələ 8 4 0  4 13-10 12 
5 Rəvan 8 4  0  4 13-13  12 
6 Zirə  7 3  1  3  7-12 10
7  Xəzər Lənkəran 7 3 0 4 11-20  9
8  Qarabağ 7 2 1 4  9-9 7 
9  İnter 7 2  1  4  11-15  7 
10  AZAL 7 1  0  6 7-21  3