Əvəzedicilər liderlərin oyunundan 3 xalla ayrıldı
Xəbərlər / 13 Fevral 2016 | 12:42153
Əvəzedicilər liderlərin oyunundan 3 xalla ayrıldı

“Qəbələ” 2-1 “Sumqayıt”
(Ehtiram Şahverdiyev, 20; Ramil Hasanov, 44 // Rasim Ramaldanov, 74)
Bu gün əvəzedicilərin Azərbaycan çempionatında XXI turun növbəti oyunları keçirilib. Turun mərkəzi oyunu Qəbələdə baş tutub. Yarışın liderləri mövsümdə 3-cü dəfə üz-üzə gəlib. “Qəbələ” 1 xal qabaqladığı “Sumqayıt”la qarşılaşıb. Mövqeyini qorumaq üçün “qırmızı-qaralar” bu görüşdə ən azı 1 xal qazanmalı, qonaqlar isə zirvəni ələ keçirmək üçün qalib gəlməli idi. Qarşılaşma Ramin Quliyevin yetirmələrinin ardıcıl hücumları ilə başlayıb. Komandamızın üstünlüyü ilk yarının ortalarında hesabda da öz əksini tapıb. Çempionatın ən yaxşı bombardiri Ehtiram Şahverdiyev 20-ci dəqiqədə fərqlənərək, mövsümdə 14-cü qolunu vurub. Bu qoldan sonra sumqayıtlılar hesabda tarazlıq yaratmağa çalışsa da, fasilə öncəsi “Qəbələ” fərqi artırıb. Bu dəfə Ramil Hasanov fərqlənib. Matçın taleyini ilk yarıda həll edən komandamız fasilədən sonra da bir neçə dəfə təhlükəli hücum təşkil edib. İkinci yarıda nisbətən fəal olan qonaqlar məğlubiyyətdən qaçmağa çalışsa da, yalnız 1 qol vura bilib. Oyunun 74-cü dəqiqəsində Rasim Ramaldanov qol sevinci yaşayıb.
Beləliklə, 2:1 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 43-ə çatdırıb və turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini möhkəmlədib.

Qəbələ 21 14 1 6 45-23  43 
2  Sumqayıt 21 11 6 4  42-23 39 
3 Neftçi 21 11 4 6 50-30 37 
4 Kəpəz 21 8 7  6 24-26 31 
5 Qarabağ 21 8  7  6 29-20 31 
6 Rəvan 20 9  2  9  32-27 29
7  Zirə 20 7 5 8 22-32  26
8  İnter 21 6 3 12 31-43 21 
9 Xəzər Lənkəran 21 6  2  12  26-49  20 
10 AZAL 21 4 3 14 22-50 15