“Qəbələ” 3-1 “Sumqayıt”
(Muxtar, Əliyev, 44; Şirməhəmməd Məmmədov, 57; Elnur Mustafazadə, 78 // Kamil Xanıyev, 75 (p.)
Bu gün əvəzedicilərin Azərbaycan çempionatında IX tura start verilib. “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Son iki matçda xal qazana bilməyən “qırmızı-qaralar” uğursuz seriyaya autsayderlə görüşdə son qoyub. I dövrəni heç-heçəsiz başa vuran Luis Araqonun yetirmələri 6-cı qələbəsini 3 qolla əldə edib.
İlk yarıda rəqib müdafiəsini yarmaqda çətinlik çəkən “Qəbələ” fasilə öncəsi ilk qolu vurub. İkinci hissənin əvvəlində fərqi artıran “qırmızı-qaralar” yeganə qolu penaltidən buraxıb. Lakin fərq minimuma endikdən cəmi 3 dəqiqə sonra Elnur Mustafazadə matçda son nöqtəni qoyub - 3:1.
Beləliklə, I dövrəni 6 qələbə və 3 məğlubiyyətlə bitirən “Qəbələ” xal hesabını 18-ə çatdırmaqla 1-ci pilləyə yüksəlib. Komanda II dövrəyə oktyabrın 28-də “Araz-Naxçıvan”la səfər oyunu ilə başlayacaq.
1 | Qəbələ | 9 | 6 | 0 | 3 | 14-11 | 18 |
2 | İnter | 8 | 5 | 2 | 1 | 21-12 | 17 |
3 | Xəzər Lənkəran | 8 | 5 | 1 | 2 | 18-10 | 16 |
4 | Qarabağ | 7 | 5 | 0 | 2 | 13-10 | 15 |
5 | Simurq | 8 | 4 | 2 | 2 | 18-10 | 14 |
6 | Bakı | 8 | 3 | 0 | 5 | 17-16 | 9 |
7 | Neftçi | 7 | 2 | 2 | 3 | 11-10 | 8 |
8 | AZAL | 7 | 2 | 2 | 3 | 6-9 | 8 |
9 | Araz Naxçıvan | 7 | 1 | 1 | 5 | 9-17 | 4 |
10 | Sumqayıt | 9 | 0 | 2 | 7 | 10-32 | 2 |