“Kəpəz” – “Qəbələ” - 1:3
(Ülvi Cəlilov, 81 // Ülvi İsgəndərov, 32; Fərid Nəbiyev, 61; Ülvi İbazadə, 80)
Bu gün əvəzedicilərin çempionatında 2015/16 mövsümünə yekun vurulub. Çempionatın sonuncu – XXXVI turunun oyunları eyni gündə keçirilib. Çempion titulunu mövsümün sonuna 4 tur qalmış təmin edən “Qəbələ” səfərdə “Kəpəz”lə qarşılaşıb.
Ramin Quliyevin yetirmələrinin üstünlüyü ilə keçən oyunda hesab 32-ci dəqiqədə açılıb. Ülvi İsgəndərov cari mövsümdə 13-cü qolunu vurub. Komandaların hücumlarına baxmayaraq fasiləyədək hesab dəyişməyib. İkinci hissəyə də fəal başlayan “Qəbələ” 91-ci dəqiqədə fərqi artırıb. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə Avropa çempionatının final mərhələsindən sonra əvəzedicilərə qoşulan Fərid Nəbiyev bu komandada qol hesabını açıb.
Matçın 80-cı dəqiqəsində Ülvi İbazadə komandamızın 3-cü qolunu vurub. Bu, gənc futbolçunun cari mövsümdə 4-cü qolu olub. Lakin meydan sahibləri buraxılan qoldan dərhal sonra fərqi azaltmağa nail olub. Beləliklə, 3:1 hesabı ilə qalib gələn “Qəbələ” mövsümü səfərə qələbəsi ilə başa vurub.
1 | Qəbələ | 36 | 25 | 3 | 8 | 89-36 | 78 |
2 | Qarabağ | 36 | 19 | 10 | 7 | 60-32 | 67 |
3 | Sumqayıt | 36 | 18 | 9 | 9 | 69-42 | 63 |
4 | Neftçi | 36 | 18 | 6 | 12 | 67-44 | 60 |
5 | Zirə | 36 | 16 | 6 | 14 | 54-54 | 54 |
6 | Kəpəz | 36 | 14 | 11 | 11 | 54-51 | 53 |
7 | İnter | 36 | 12 | 5 | 19 | 66-73 | 41 |
8 | Rəvan | 36 | 12 | 3 | 21 | 53-78 | 39 |
9 | AZAL | 36 | 8 | 6 | 22 | 42-74 | 30 |
10 | Xəzər Lənkəran | 36 | 6 | 5 | 25 | 41-112 | 23 |