Əvəzedicilər mövsümün ilk qələbəsini qazandılar
Xəbərlər / 17 Avqust 2014 | 05:15206
“Qəbələ” – “Araz-Naxçıvan” 4:1
(Murad Musayev, 22-p.; Bəhlul Mustafazadə, 41; Ehtiram Şahverdiyev, 61; Kamal Mirzəyev, 69 // Ruslan Nəsirli, 86-p.)
Əvəzedicilərin Azərbaycan çempionatında II turun oyunları baş tutub. Mövsümdə ilk ev oyununu keçirən “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib. Çempionata uğursuz başlayan Luis Araqonun yetirmələri ilk qələbəsini qazanıb. Hər hissədə 2 qol vuran “qırmızı-qaralar” böyük hesabla qalib gəlib – 4:1. Əvəzedicilərin mövsümdəki ilk qolu penalti zərbəsini dəqiq yerinə yetirən Murad Musayevin aktivinə yazılıb. Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev və Kamal Mirzəyev də 2014/15 mövsümündə qol hesablarını bu oyunda açıblar. Qonaqlar isə yalnız matçın sonlarında 11 metrlik cərimə zərbəsi ilə təsəlli qolunu vura bilib. Bu qələbədən sonra “Qəbələ” turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.